Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusarda "Heydər Əliyev siyasi məktəbini öyrənirik" dərslərinin növbəti məşğələsi keçirilib

14 mart 2025 | 18:45
Yeni Azərbaycan Partiyası (YAP) Qusar rayon təşkilatının nəzdində fəaliyyət göstərən "Heydər Əliyev siyasi məktəbini öyrənirik" dərslərinin növbəti məşğələsi "Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz" mövzusuna həsr olunub. Rayon məktəblərinin yuxarı sinif şagirdlərinin cəlb olunduğu məşğələdə giriş sözü ilə çıxış edən YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov Ulu öndər Heydər Əliyevin siyasi irsinin öyrənilməsinin vacibliyinə toxunaraq belə məşğələlərin keçirilməsinin zəruriliyi və əhəmiyyəti barədə məlumat verib. O, məktəblilərə Ümummilli liderin çoxşaxəli fəaliyyətində milli ideologiyanın vacib əhəmiyyətindən danışıb. Məşğələdə şagirdlər qarşısında çıxış edən digər məruzəçilər milli-əxlaqi, ailə və dini dəyərlərin,vətənpərvərlik mövzularının xalqın formalaşmasına və dövlətçiliyimizin möhkəmlənməsinə göstərdiyi təsirini xüsusi olaraq vurğulayıblar. Dahi şəxsiyyət Heydər Əliyevin milli-mənəvi dəyərlərə göstərdiyi xüsusi diqqət və qayğının dövlət siyasətimizin təməlində dayanan humanistlik və milli özünüdərkin əsaslarını təşkil etdiyini qeyd ediblər.
Növbəti məşğələlərin effektivliyinin artırılması və mütəmadi xarakter alması üçün tədbirlərin görülməsi qərara alınıb.
Keçidlər