Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusarda "Heydər Əliyev siyasi məktəbini öyrənirik" dərslərinin növbəti məşğələsi keçirilib(01.05.2025)

01 may 2025 | 18:37
Yeni Azərbaycan Partiyası (YAP) Qusar rayon təşkilatının nəzdində fəaliyyət göstərən "Heydər Əliyev siyasi məktəbini öyrənirik" dərslərinin növbəti məşğələsi "Konstitusiya və Suverenlik ili" çərçivəsində "Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir" mövzusuna həsr olunub. Rayon məktəblərinin yuxarı sinif şagirdlərinin cəlb olunduğu məşğələ Ulu öndər Heydər Əliyevin və ölkəmizin suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Giriş sözü ilə çıxış edən YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov Ulu öndər Heydər Əliyevin siyasi irsinin öyrənilməsinin vacibliyinə toxunaraq müstəqil Azərbaycan Respublikasının banisi Heydər Əliyevin Azərbaycan Konstitusiyanın müəllifi olduğunu vurğulayıb. Qeyd edilib ki, Heydər Əliyevin müdrik kəlamlarında deyildiyi kimi hər bir Azərbaycan vətəndaşı Konstitusiyaya və qanunlara əməl etməli, dövlət və ictimaiyyət qarşısında öhdəlikləri layiqincə yerinə yetirməli, milli-mənəvi dəyərləri qorumalı, ən əsası isə dövlətin quruculuq siyasətində fəal iştirak etməlidir. Mövzu ətrafında çıxış edən Qusar Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Əliyulla Nəcərov, rayon Təhsil sektorunun baş məsləhətçisi Yüzbəy Abuyev, rayon prokurorluğunun əməkdaşı Gülçöhrə Kazımzadə, partiya fəalı, Qusar şəhər bələdiyyəsinin üzvü Emin Əlixanov Konstitusiyanın ali qanun olaraq əhatə etdiyi mövzulardan, hüquq və azadlıqlardan bəhs edərək şagirdlərə ətraflı məlumat veriblər. Tədbirdə təhsil və uşaq hüquqları, Konstitusiya və Suverenlik ilə bağlı şagirdlərin fikirləri dinlənilib, diskussiya aparılıb. Heydər Əliyev muzeyi ilə tanışlıqdan sonra "Heydər Əliyev və Təhsil" adlı film nümayiş olunub.
Keçidlər