Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusarda müəllimlər günü qeyd olundu.

06 oktyabr 2023 | 11:49

5 oktyabr 2023-cü ildə rayon İcra Hakimiyyəti və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə “Beynəlxalq Müəllimlər Günü”nə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Qusar RİH başçısı Şair Alxasov Quba-Xaçmaz Regional Təhsil idarəsinin müdiri Rüfət Hacıyev, Quba, Xaçmaz, Şabran, Siyəzən və Qusar rayon məktəblərinin pedoqoji kollektivlərinin üzvləri iştirak etmişdir. Tədbir açıq elan edildikdən sonra dövlət himni səsləndirilmiş, Ulu Öndər Heydər Əliyev və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda həlak olmuş bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra giriş nitqi ilə çıxış edən Rüfət Hacıyev son illər ərzində təhsil sahəsində əldə olunan nailiyyətlərdən, mövcud problemlərdən danışmışdır. Digər çıxışçılar öz çıxışlarında təhsilə göstərilən qayğıdan, müəllimlərin əməyinə verilən qiymətdən danışmış, ölkə rəhbərliyinə minnətdarlıq ifadə olunmuşdur. Tədbirdə RİH başçısı Şair Alxasov çıxış edərək Qusar rayonunda təhsil müəssisələrin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən, gənc nəslin təlim-tərbiyəsində müəllimlərin üzərinə düşən vəzifələrdən danışmış, tədbir iştirakçılarını peşə bayramı münasibətilə təbrik etmiş. Sonda əmək fəaliyyəti dövründə fərqlənmiş bir qrup təhsil işçisi rayon İcra Hakimiyyətinin, Quba-Xaçmaz regional Təhsil idarəsinin fəxri fərmanları və qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.

Keçidlər