Qusarda Mülki Müdafiə sahəsində 2025-ci tədris ilin yekunları və 2026-cı tədris ilində qarşıda duran vəzifələr barədə yekun iclas keçirilib
25 noyabr 2025 | 19:09
25 noyabr 2025-ci il tarixində keçirilən iclasda Qusar rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul işçiləri, FHN-nin Şimal Regional Mərkəzinin rəis müavini, mayor Rüstəm Şıxıyev, FHN-nin Şimal Regional Mərkəzinin Mülki Müdafiə təbdirlərinin planlaşdırılması şöbəsinin rəisi, mayor Elvin Həmzəyev, həmçinin rayonun təhsil, səhiyyə və digər idarə müəssisə və təşkilatlarının mülki müdafə rəhbərləri iştirak etmişdir.
Hesabat İclasında müvafiq məruzələr dinlənilmiş, idarə, müəssisə və təşkilatların mülki müdafiə üzrə rəhbərlərinə aidiyyatı tapşırıqlar verilmiş və iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.






