Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusarda narkomaniya, erkən nikaha qarşı mübarizə, dövlət atributlarına hörmət mövzularında maarifləndirici tədbir keçirilib

11 aprel 2025 | 18:45
Narkomaniyaya qarşı mübarizə ilə bağlı təbliğat işinin daha da gücləndirilməsi, maarifləndirmə tədbirlərinin sistemli və əlaqəli şəkildə həyata keçirilməsi məqsədilə 10 və 11 aprel tarixlərində rayonun Caqarqışlaq və Gündüzqala kəndlərində Qusar Rayon İcra Hakimiyyəti və Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə “Narkomaniyanın sosial təhlükəliyi və doğurduğu fəsadlar”, eyni zamanda “Erkən nikahın fəsadları və zəruri profilaktikası” və ”Dövlət, Dövlətçilik və Dövlət Atributlarına hörmət” mövzularında maarifləndirmə tədbiri keçirilmişdir.
Tədbirdə Qusar Rayon İcra Hakimiyyətinin əməkdaşı Kamran Sədullayev, Rayon Polis Şöbəsinin rəis müavini Emin Kərimov və digər məsul əməkdaşları iştirak ediblər.
Tədbirdə mövzu ətrafında çıxışlar edilərək fikir mübadiləsi aparılıb, iştirakçılara ətraflı məlumatlar verilib, suallar cavablandırılıb. Qeyd olunub ki, müasir cəmiyyətin bəlası olan narkomaniya ilə mübarizə hər bir vətəndaşın mənəvi borcudur və gəncləri bu bəladan qorumaq, onlarda sağlam həyat tərzini formalaşdırmaq üçün hamı birgə mübarizə aparmalı, yeniyetmə və gənclər arasında maarifləndirmə işləri daim diqqət mərkəzində saxlanılmalıdır. Tədbirdə narkomaniyanın insanların sağlamlığına mənfi təsirindən, psixotrop maddələrin yaratdığı fəsadlardan bəhs edilib. Erkən nikahların dövrümüzün böyük problemlərindən biri olaraq yetkinlik yaşına çatmayan uşaqların hüquqlarının pozulmasına, vaxtsız qurulan ailələrin dağılmasına və cəmiyyətdə sosial problemlərin artmasına səbəb olduğu diqqətə çatdırılıb.
Dövlət müstəqilliyinin təcəssümü olan dövlət rəmzlərinə hörmət edilməsinin vacibliyini vurğulayan çıxışçılar vətəndaşlarımıza, xüsusən gənclərimizə dövlət atributlarına dərin ehtiram hisslərinin aşılanmasının cəmiyyətdə vətənpərvərlik ruhunun möhkəmləndirilməsi işinə bilavasitə xidmət etdiyini qeyd ediblər.
Keçidlər