Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusarda “Nəğməli görüşlər” adlı konsert proqramı təşkil edilib

06 iyul 2025 | 22:34
05 iyul 2025-ci il tarixində General Mahmud Əbilov adına Şəhər Mərkəzi Meydanında Qusar Rayon İcra Hakimiyyətinin dəstəyi, Qusar Rayon Mədəniyyət Mərkəzi və Hil kənd Folklor Evinin birgə təşkilatçılığı ilə "Nəğməli görüşlər" adlı konsert proqramı keçirilmişdir
Bölgənin zəngin folklor irsini və milli musiqi ənənələrini geniş auditoriyaya təqdim etmək, yerli yaradıcı kollektivlərin fəaliyyətini təşviq etmək, həmçinin rayon sakinləri üçün mənəvi-estetik istirahət mühitini formalaşdırmaq məqsədilə keçirilən konsert proqramında Hil kənd Folklor Evinin bədii kollektivləri, yerli ifaçılar və istedadlı gənc musiqiçilər tərəfindən xalq və bəstəkar mahnıları, rəqs nömrələri, həmçinin instrumental kompozisiyalar təqdim olunmuşdur. Rəngarəng repertuar, canlı ifalar və səmimi ab-hava tədbir iştirakçıları tərəfindən böyük maraq və alqışlarla qarşılanmışdır.
“Nəğməli görüşlər” adlı bu layihənin yay ayları ərzində mütəmadi olaraq keçirilməsi nəzərdə tutulmuşdur.
Keçidlər