Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusarda növbəti ağacəkmə aksiyası həyata keçirilmişdir.

04 noyabr 2023 | 14:43

4 noyabr 2023-cü il tarixdə Qusar rayonunda 8 noyabr Zəfər Günü ilə əlaqədar rayon İcra Hakimiyyəti tərəfindən ağacəkmə aksiyası təşkil olunmuşdur. Aksiya çərçivəsindən Qusar-Əniq-Ləzə, Qusar-Xudat, Qusar-Həzrə və rayondaxili digər avtomobil yollarının kənarlarında, Qusar şəhəri ərazisində, “Şahdağ” Turizm Kompleksinin girişində və ictimai binaların ətrafında ümumilikdə 3600 ədəd, o cümlədən 400 ədəd həmişə yaşıl və 3200 ədəd yerli ağac növlərindən olan tinglər əkilmişdir. Aksiya zamanı həmçinin əvvəlki illərdə əkilmiş və qurumuş ağaclar yeniləri ilə əvəz olunmuş, budama, suvarma və digər aqrotexniki tədbirlər icra olunmuşdur.

Keçidlər