Qusarda növbəti ağacəkmə aksiyası keçirilib
05 aprel 2025 | 13:42
Aprelin 5-də 2025 -ci ilin Konstitusiya və Suverenlik ili elan edilməsi ilə əlaqədar "Tədbirlər Planı"na uyğun olaraq Qusar rayonunda növbəti ağacəkmə aksiyasi keçirilmişdir. Aksiya çərçivəsində Qusar-Şahdağ (Qusar-Əniq-Ləzə) avtomobil yolunun Çiləgir kəndi ərazisindən keçən hissəsində 500 ədəd yəmişəyaşıl tuya ağac tingləri əkilmişdir. Ərazidə əvvəllər əkilmiş ağaclar budanmış, sulanmış və digər aqrotexniki xidmətlər göstərilmişdir.