Qusarda növbəti təmizlik aksiyası keçirilmişdir
31 avqust 2024 | 15:48
31.08.2024-cü il tarixdə "Təmiz ölkəm" aksiyası çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional İdarəsi ilə Qusar rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə ilin əvvəlindən sayca 4-cü təmizlik aksiyası keçirilmişdir. Aksiyada Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı regional İdarəsinin və Qusar Kommunal Müəssisələr Kombinatınin işçiləri və sakinlər iştirak etmişdir. Qusar rayonunun Qayakənd kəndi ərazidində, Qusarçay çayının sahilində keçirilmiş təmizlk aksiyasında 60 nəfərdən çox iştirakı tərəfindən ümumilikdə 1.2 hektar ərazidən 1000 kiloqramdan çox bərk məişət tulantıları yığılaraq məişət tullantıları poliqonuna daşınmışdır.