Qusarda Novruz şənliyi.
15.03.2024-cü il tarixdə Qusar şəhəri Mahmud Əbilov adına Mərkəzi meydanda Novruz bayramı qeyd olundu. İlk əvvəl Bahar qızı, kosa və keçəlin iştirakı ilə şəhər küçələri boyunca bayram yürüşü təşkil olundu, sonra Bahar qızının Mərkəzi meydana daxil olması ilə bayram tonqalı yandırıldı və incəsənət ustalarının rəngarəng ifaları ilə bayram şənliyi davam etdirildi. Daha sonra mədəniyyət kollektivlərinin mili adət-ənənələri əks etdirən folklor nümunələrindən,yaradıcı insanların əl işlərindən,idmançıların və pəhləvanların maraqlı çıxışlarından ibarət sərgi nümayiş etdirildi.Qədim milli idman oyunlarının nümayişi və sim pəhləvanlarının çıxışları xüsusi coşqu ilə qarşılandı. Rayon rəhbərliyinin də qatıldığı tədbirdə çoxlu sayda şəhər sakini və şəhərin qonaqları iştirak edirdi.