Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusarda Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı qeyd edilib

07 dekabr 2024 | 08:51
6 Dekabr – Rabitə və informasiya texnologiyaları işçilərinin peşə bayramı günü Qusar rayonunda da qeyd edilib.
Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, Rayon İcra Hakimiyyəti başçısının I müavini Şahid Fərəməzov, “Aztelekom” Məhdud Məsuliyyətli cəmiyyəti, şimal-şərq regional filialının Qusar şöbəsinin müdiri Fərhad Pirmətov və kollektivi şəhərin mərkəzində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.
Qusar rayon Telekommunikasiya Qovşağının inzibati binasında davam edən tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov kollektivi peşə bayramı münasibətilə təbrik edib, səmimi ürək sözlərini çatdırıb, işlərində uğurlar arzu edib.
Zəngin tarixi köklərə malik olan Azərbaycan rabitəsinin inkişaf tarixindən söz açan icra başçısı bütün sahələrdə olduğu kimi rabitə və texnologiya sahəsinin də son illərdə uğurla inkişaf etdiyini qeyd edib.
“Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti, şimal-şərq regional filialının Qusar şöbəsinin müdiri Fərhad Pirmətov çıxış edərək peşə bayramı ilə əlaqədar təşkil edilən tədbiri onların əməyinə verilən yüksək qiymət kimi dəyərləndirərək rayon rəhbərliyinə minnətdarlığını bildirib və kollektivini təbrik edib.
Sonda bir qrup rabitə işçisi Qusar Rayon İcra Hakimiyyəti başçısının Fəxri fərmanları ilə təltif olunub.
Keçidlər