Qusarda rayon Ağsaqqallar Şurasının növbəti konfransı keçirilmişdir.
Qusarda rayon Ağsaqqallar Şurasının növbəti konfransı keçirilmişdir.
06.06.2024-cü il tarixdə Yeni Azərbaycan Partiyasının Qusar rayon təşkilatının akt zalında Qusar rayon Ağsaqqallar Şurasının konfransı keçirilmişdir. Konfransda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Tahir Süleymanov, Qusar rayon İcra Hakimiyyətinin əməkdaşları, rayon Ağsaqqallar Şurasının üzvləri, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak etmişdir. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla anıblar. Konfransda Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının və hesabat dövrü ərzində dünyasını dəyişən ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Qusar rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Telman Kazımov öz çıxışında Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Tahir Süleymanovu və tədbir iştirakçılarını salamlayaraq ölkənin, eləcə də rayonun ictimai-siyasi həyatında ağsaqqalların rolundan, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Tahir Süleymanov əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan, ölkə prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlətimizin bugünkü inkişafında ağsaqqal və ziyalılarının fəaliyyətindən söz açmışdır. Daha sonra konfransda Qusar Ağsaqqallar Şurasının yeni sədrin seçilməsi məsələsinə baxılmış və Sənan Xəlilov şuranın sədri seçilmişdir. Şuranın sədr müavini vəzifəsinə rayonun ziyallısı Reyfuddin Şixqayıbov seçilmişdir. Yeni seçilmiş rayon Ağsaqqallar Şurasının sədri görülən işlər barədə hesabat məruzəsi ilə çıxış etmişdir.