Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusarda rayon veteranları və ağsaqqalları ilə görüş baş tutub

24 sentyabr 2025 | 22:50
Sentyabrın 24-də Qusar Rayon Mədəniyyət Mərkəzində Qusar Rayon İcra Hakimiyyətinin başçısı cənab Sahir Məmmədxanovun rayon veteranları və ağsaqqalları ilə görüşü baş tutub. Görüşdə həmçinin RİH başçısı Aparatının və rayonun hüquq-mühafizə orqanlarının məsul şəxsləri, müvafiq idarə, müəssisə rəhbərləri iştirak ediblər.
Görüşdə rayonun ictimai-siyasi həyatı, sosial-iqtisadi inkişafı ilə bağlı məsələlər, müxtəlif sahələrdə əldə olunan uğurlar və qarşıda duran strateji hədəflər müzakirə olunub. Rayon rəhbəri çıxışında qeyd edib ki, ziyalıların, ağsaqqalların tövsiyə və müşahidələri rayonun idarəetmə prosesinə, xüsusilə də sosial layihələrin icrasına mühüm dəstəkdir. O, həmçinin rayonda aparılan sosial, mədəniyyət, təhsil, səhiyyə və infrastruktur layihələrinin gedişi barədə məlumat verib, vətəndaş məmnuniyyətinin artırılması istiqamətində atılan addımları vurğulayıb.
Ağsaqqallar öz növbəsində rayonda sabitliyin, ictimai həmrəyliyin qorunması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində fəaliyyətlərini davam etdirəcəklərini qeyd ediblər. Görüş zamanı fikir mübadiləsi aparılıb, müxtəlif təklif və tövsiyələr səsləndirilib.
Sonda icra başçısı rayon veteranları və ağsaqqallarına rayonun inkişafı və vətəndaşların rifahı naminə göstərdikləri fəal dəstək üçün təşəkkürünü bildirib və gələcəkdə də birgə əməkdaşlığın davam etdiriləcəyini vurğulayıb.
Keçidlər