Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusarda "Sağlamlığa Doğru Qaç!" adlı qaçış yarışının növbəti mərhələsi baş tutub

11 may 2025 | 23:22
 
11 may 2025-ci il tarixində Qusar Rayon İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşəbbüsü, təşkilatçılığı və eyni zamanda Azərbaycan Atletika Federasiyası (AAF) və “Zəfər” Qaçış Klubunun dəstəyi ilə Qusar rayonunda səhiyyə işçiləri arasında “Sağlamlığa Doğru Qaç!” adlı qaçış layihəsinin növbəti mərhələ yarışı keçirilib.
Əvvəlcə tədbir iştirakçıları tərəfindən ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülərək, dahi şəxsiyyətin əziz xatirəsi dərin ehtiramla yad edilib.
Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
17 İyun – Tibb işçilərinin Peşə bayramına həsr edilən Layihə tibb işçilərinin fiziki sağlamlığının təşviqi, onların asudə vaxtlarının səmərəli təşkili, həmkarlar arasında həmrəyliyin möhkəmləndirilməsi məqsədini daşıyır.
Yarışda Qusar, Siyəzən, Xızı, Şabran, Xaçmaz və Quba rayonlarının Səhiyyə İşçiləri Həmkarlar İttifaqı şura üzvləri və Quba Tibb Kollecinin tələbələri olmaqla ümumilikdə 150 nəfər iştirak edib. Yarışın yekununda qadın və kişi iştirakçılar arasında ilk üçlükdə yer alanlara diplom, medal, hədiyyələr təqdim olunub və qaliblər 8 iyunda Xankəndi şəhərində keçiriləcək final yarışına vəsiqə qazanıblar.
Tədbirin bədii hissəsində vətənpərvərlik ruhunda ifalar səsləndirilib, rəqs qruplarının çıxışları izlənilib.
Qusar rayonunda uğurla baş tutan “Sağlamlığa Doğru Qaç!” layihəsi iştirakçılar arasında böyük sevinc və bayram əhval-ruhiyyəsi yaradıb.
Keçidlər