Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusarda şəhid ailələri ilə növbəti görüş keçirilmişdir.

02 noyabr 2022 | 17:25

Qusar rayon İcra Hakimiyyətinin başçısı cənab Şair Alxasovun şəhid ailələri ilə növbəti görüşü Piral kəndində təşkil olunmuşdur. Piral inzibati ərazi dairəsinə daxil olan Piral və Cibir kəndlərində yaşayan şəhid ailələri ilə görüşdə hüquq mühafizə orqanlarının, idarə, müəssisə rəhbərləri və rayon İcra Hakimiyyəti başçısının aparatının məsul əməkdaşları iştirak etmişdir. Çay süfrəsi ətrafında təşkil olunan görüşdə Rayon İcra Hakimiyyətinin başçısı şəhid ailələrini və görüş iştirakçılarını qarşıdan gələn "Zəfər" bayramı münasibəti ilə təbrik etmiş və şəhid ailələrini narahat edən problemlərlə maraqlanmışdır. Şəhid valideynləri heç bir ciddi problemlə qarşılaşmadıqlarını, bütün qurumlar tərəfindən onların qaldırdıqları məsələlərə diqqətlə yanaşdıqlarını və qayğı ilə əhatə olunduqlarını bildirmiş, ona görə də ölkə başçısı cənab İlham Əliyevə və birinci vitse prezident Mehriban xanım Əliyevaya minnətdalıqlarını ifadə etmişdir.

Keçidlər