Qusarda Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı maarifləndirici tədbir keçirilmişdir
Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Tədbirlər Planına uyğun olaraq Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Su Ehtiyatları Agentliyi və Qusar rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 13 iyun 2024-cü il tarixində “Su ehtiyatlarından səmərəli istifadənin təmin olunması, alternativ su mənbələrinin yaradılması və həmin mənbələrdən istifadənin genişləndirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə Qusar rayon İcar Hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndələri, bələdiyyə sədrləri, rayon Suvarma Sistemləri İdarəsinin, Su-kanal İdarəsinin, sudan istifadəedənlər birliklərinin əməkdaşları və fermerlər iştirak etmişdir.
Tədbirdə aidiyyəti qurumların nümayəndələri tərəfindən mövzu ətrafında çıxışlar edilmiş, su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamının əhəmiyyətindən, bu sərəncamda qarşıya qoyulmuş vəzifələrdən danışılmış, su ehtiyatlarından səmərəli istifadənin zəruriliyini şərtləndirən amillər dünyada, eləcə də ölkəmizdə bu sahədəki mövcud vəziyyət müzakirə edilmiş, belə vacib məsələ ilə bağlı geniş əhali kütlələri arasında müvafiq izahat işlərinin aparılmasının vacibliyi vurğulanmış, daha sonra iştirakçıları marağlandıran suallara cavablar verilmişdir.