Qusarda ümumilli lider Heydər Əliyevin xatirəsi ehtiramla yad edildi
Qusar rayonunda ümumilli lider Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Heydər Əliyevin Qusar şəhərindəki abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildirdilər. Daha sonra rayon İcra Hakimiyyətinin akt zalında davam etdirilən tədbir öncəsi Ulu Öndər Heydər Əliyevin və respublikanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqə sükutla yad edildi
Tədbiri giriş nitqi ilə açan Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov Azərbaycan dövlətçiliyinin söykəndiyi təməl prinsiplərinin Heydər Əliyev tərəfindən yaradıldığını qeyd etdi. O, Heydər Əliyevin çoxşaxəli fəalliyyətindən,Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən,böyük xilaskarlıq missiyasından danışdı.Daha sonra çıxış edən YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov bildirdi ki, bu gün daim azərbaycanlı olması ilə fəxr edən Heydər Əliyevin ideya və əməllərinin həyata keçirilməsi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın ərazi bütövlüyü bərpa edilib. 30 ildən bəri düşmən əsarətində olan Qarabağ əbədi azadlığına qovuşub.Tədbirdə çıxış edən Qusar şəhər 2 saylı tam orta məktəbin direktoru Günel Hacıyeva,fəal gənc Svetlana Mirzəyeva Azərbaycanın hərtərəfli tərəqqisi yolunda böyük tarixi xidmətlər göstərən ulu öndər Heydər Əliyevin Vətənə, xalqa sədaqətlə, fədakarlıqla xidmətlərindən danışdılar.