Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusarda ümumrayon iməciliyi və ağacəkmə aksiyası keçirilib

15 mart 2025 | 11:46

Martın 15-də Qusar şəhəri və rayonun müxtəlif ərazilərində, magistral və kəndlərarası yollarının kənarlarında "Konstitusiya və Suverenlik İli" və Novruz bayram ilə əlaqədar nəzərdə tutulan tədbirlər çərçivəsində genişmiqyaslı ağacəkmə və iməcilik tədbirləri həyata keçirilib.
Ekoloji tarazlığın qorunması, cəmiyyətdə təbiətə qayğını təbliğ etmək məqsədilə rayon ərazisində həyata keçirilən aksiyada Qusar rayon İcra Hakimiyyətinin başçısı, idarə, müəssisə, təşkilatlarının, kənd İƏD üzrə nümayəndəliklərin və bələdiyyələrin kolektivləri, RİH başçısı Aparatının əməkdaşları və rayon ictimaiyyəti iştirak etmişdir.
Ümumrayon iməciliyi çərçivəsində rayonun iqlim şəraitinə uyğun 500 ədəd həmişəyaşıl, 3000-ə yaxın yerli ağac növlərinə aid ting əkilib. İdarə və təşkilatların ərazisində təmizlik , abadlıq işləri görülüb. Əkilən ağaclara aqrotexniki qaydada qulluq göstərilib. Ətraf ərazilər məişət tullantıları və kol-kosdan təmizlənib.
Ətraf mühitin qorunması, ölkədə həyata keçirilən ekoloji tədbirlərdə yaxından iştirak etmək və ekoloji maarifləndirmə işinə töhfə vermək məqsədilə bu cür aksiya və tədbirlərin mütəmadi olaraq həyata keçirilməsi nəzərdə tutulur.

Keçidlər