Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusarda XI Yoqa Festivalı: "Sevgi və sülh" şüarı ilə 200 nəfər bir araya gəldi

27 aprel 2026 | 18:15
 
Aprelin 25-də iştirakçıların psixo-emosional gərginliyini azaltmaq, onlara fiziki sağlamlıqla yanaşı daxili tarazlığa nail olmaq imkanı yaratmaq məqsədilə Qusar Olimpiya İdman Kompleksində 200-ə yaxın yoqa həvəskarının iştirakı ilə "Sevgi və sülh" şüarı altında XI ənənəvi yoqa festivalı keçirilib.
Layihə çərçivəsində iştirakçılar üçün hatha yoqa dərsləri, düzgün nəfəs texnikaları, beyin fəaliyyətini aktivləşdirən neyrogimnastika və bədəndəki enerji axınını tənzimləyən xüsusi enerji praktikaları, kollektiv om-çantinq praktikası və açıq ünsiyyət formatında satsanq keçirilib. Festivalın ən önəmli ustad qonağı hindistanlı Nandan Qautam olub.
Tədbirin təşkilatçısı və ideya müəllifi olan yoqa müəllimi İlhamə Şirinova illərdir ki, ödənişsiz əsaslarla Azərbaycanın müxtəlif bölgələrində yoqa festivalları təşkil etməklə, balans, sağlamlıq və daxili harmoniya axtaran hər kəs üçün əlçatan imkanlar yaradır.
Keçidlər