Qusarda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyaları davam etdirilir
28 oktyabr 2024 | 10:40
2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar Qusar rayonunda silsilə tədbirlərin, o cümlədən ağacəkmə aksiyalarının təşkili işləri davam etdirilir. Ağacəkmə aksiyalarının keçirilməsində məqsəd yaşıllıqların artırılması, ekoloji tarazlığın qorunmasını təşviq etməklə ətraf mühitin qorunmasına və təbiətə töhfə verməkdir.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən aksiyada 42.4 hektar ərazidə 10860 ağacın əkilməsi planlaşdırılıb.
İndiyədək keçirilən aksiya və iməciliklərdə rayon ərazisindən keçən magistral avtomobil yollarının kənarlarında yerli iqlimə uyğun olaraq Çinar, Eldar şamı, Tuya, Qoz, Şabalıd, Fındıq, Fısdıq, İydə, Vələs kimi 9 mindən çox ağac əkilib.
Qeyd edək ki, ekoloji sağlamlığın və ətraf mühitin qorunması məqsədi ilə salınan yaşıllıq zonalarına bütün zəruri aqrotexniki qulluq göstərilir.