Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusarda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində iməcilik tədbirləri davam etdirilir

01 noyabr 2024 | 16:24

2024-cü ilin olkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar Qusar rayonunda silsilə tədbirlərin, o cümlədən iməcilik aksiyalarının keçirilməsi davam etdirilir.

Ekoloji tarazlığın, yaşıllıqların və ətraf mühitin qorunması məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində rayon ərazisində yerləşən park və xiyabanlarda, yolkənarı yaşıllıq zolaqlarında, eləcə də qəbiristanlıqlarda təşkil olunan iməcilik zamanı təmizlik işləri aparılaraq səliqə-səhman yaradılıb, ərazi məişət tullantılarından və alaq otlarından təmizlənib, məzarların ətrafı səliqəyə salınıb. Parkların ərazisində daha öncə əkilən ağaclara aqrotexniki qulluq göstərilib, dibləri şumlanıb və suvarılıb, qurumuş budaqları budanaraq ərazidən çıxarılıb, yeni ağac və kolların əkilməsi üçün nəzərdə tutulan yerlər əkin işlərinin həyata keçirilməsi üçün hazır vəziyyətə gətirilib. Əhalinin sevimli istirahət yerləri olan Heydər Əliyev Parkında və Mərkəzi Mədəniyyət və İstirahət parkında təmizlik abadlıq işləri görülüb.

Qeyd edək ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində indiyədək keçirilən aksiyalarda rayon ərazisindən keçən magistral avomobil yollarının kənarlarında yerli iqlimə uyğun olaraq 22000-dən artıq ağac əkilib. Bu cür iməcilik və aksiyaların rayonun müxtəlif ərazilərində bundan sonra da mütəmadi olaraq keçirilməsi nəzərdə tutulub.

Keçidlər