Qusarda "Yaşıl dünya naminə həmrəylik ili " çərçivəsində növbəti tədbir keçirilmişdir.
11.07.2024-cü il tarixdə"Yaşıl dünya naminə həmrəylik" ili ilə əlaqədar "Təmiz ölkəm" aksiyası çərçivəsində Qusar rayon İcra Hakimiyyətinin və 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin təşkilatçılığı ilə idarə əməkdaşlarının, 5 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin, Qusar rayon Kommunal Müəssisələr Kombinatının, Qusar rayonu Köhnə Xudat Bələdiyyəsinin və Qusar rayon İcra Hakimiyyəyətinin Köhnə Xudat İƏD üzrə nümayəndəliyinin əməkdaşlarının iştirakı ilə 5 saylı Regional Meşə Təsərrüfatı Müəssisəsinin Qusar meşəbəyliyinin 15 saylı dolayının 79-cu kvartalında, aşkar edilmiş tullantı yerində təmizlik aksiyası keçirilmişdir.
Təmizlik aksiyasında 75 nəfərin iştirakı ilə ümumilikdə 3 hektar meşəlik ərazidən 900 kiloqram bərk məişət tullantısı təmizlənmiş poliqona daşınması təmin edilmişdir.