Qusarda "Zəfər" günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilmişdir.
Qusarda Zəfər günü ilə əlqədar rayon İcra Hakimiyyəti tərəfindən ağacəkmə aksiyası təşkil olunmuşdur. Aksiya çərçivəsində Qusar-Əniq-Ləzə avtomobil yolunun (Şahağ yolu) kənrında, əvvəlki illərdə əkilmiş və qurumuş ağaclar yeniləri ilə əvəz edilmiş, əlavə ağac tingləri əkilmiş, budama, suvarma və digər agrotexniki tədbirlər icra olunmuşdur. Yol boyu ümumilikdə 250 ədəd tuya və 1200 müxtəlif növ yerli (akasiya, qovaq, çinar və s.) ağac tingləri əkilmişdir.
Rayon ərazisindən keçən Samur-Şirvanlı-Xanoba avtomobil yolunun kənarında 500 ədəd tuya, 300 ədəd müxtəlif növ yerli, rayon ərazisində olan digər kəndlərarası yolların kənarlarında 1000 ədədə yaxın müxtəlif növ yerli ağac növlərindən olan tinglər əkilmişdir.
Aksiya çərçivəsində ümumilikdə rayon ərazisində avtomobil yollarının kənarlarında 3000 ədəddən çox ağac əkilmişdir.