Qusardan Kahramanmaraşa Yardım
Qusar rayonunda qardaş Türkiyədə baş vermiş güclü zəlzələdən zərər çəkənlərə humanitar yardım kompaniyasına başlanılıb. Qusar rayon İcra Hakimiyyətinin dəstəyi və təşkilatçılığı ilə qısa bir müddətdə xeyli miqdarda humanitar yardım tədarük edilib. 2023-cü ilin fevral ayın 13-də rayon İcra Hakimiyyətinin xətti ilə 104 min manatlıq zəruri dərman və tibbi ləvazimatlar, isti geyimlər, məişət avadanlıqları, gigiyenik vasitələr, ərzaq və digər ləvazimatlarla yüklənmiş ilk maşın Qusar şəhərindən Türkiyənin Kahramanmaraş şəhərinə yola salınıb. Yola salma mərasimində rayon rəhbərliyi ilə yanaşı sadə Qusar sakinləri də iştirak etmiş, qardaş Türkiyə xalqı ilə həmrəyliyini, birliyini ifadə etmişlər. Qardaş ölkəyə yardım davam edir, yaxın günlərdə əlavə yardım maşını yola salınacaqdır.