Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusarın Gədəzeyxur kəndində 28 May-Müstəqillik Günü ilə bağlı tədbir keçirilib

27 may 2025 | 17:50
28 May – Müstəqillik Günü Azərbaycanın dövlətçilik tarixində əlamətdar hadisə kimi hər il təntənə ilə qeyd olunur. Bu gün Azərbaycan xalqı üçün milli qürurun, azadlıq ideyalarının simvoludur. Bu əlamətdar gün münasibətilə ölkənin hər yerində olduğu kimi, Qusar rayonunda da silsilə tədbirlər keçirilir.
27 may 2025-ci il tarixdə Qusar Rayon İcra Hakimiyyətinin dəstəyi, Qusar Rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Gədəzeyxur kənd Folklor evində “Əbədi yaşa, azad və müstəqil Azərbaycan” adlı möhtəşəm bayram tədbiri təşkil edilib. Rayonun Aşağı Ləgər, Gündüzqala, Bədişqala, Əvəcük, Xuluq, Gədəzeyxur kənd klub müəssisələrinin birgə təşkilatçılığı ilə həyata keçirilən tədbir böyük maraqla qarşılanıb.
Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Ümummilli lider Heydər Əliyevin və Respublikamızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dövlətçilik ənənələrinin və milli-mənəvi dəyərlərin təbliği məqsədilə həyata keçirilən tədbirdə Qusar Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Ceyhun Hacıyev, Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi Qusar Rayon Mədəniyyət Mərkəzinin direktoru Reyhan Həsənova, kənd mədəniyyət müəssisələrinin əməkdaşları, şəhid ailələrinin üzvləri və qazilər, məktəb şagirdləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən natiqlər 28 may tarixinin Azərbaycanın dövlətçilik tarixində mühüm əhəmiyyəti olduğunu qeyd edərək, bu günün xalqımızın azadlıq və suverenlik arzularının reallaşdığı, dövlətçilik ənənələrinin möhkəmləndiyi, milli birlik və həmrəyliyin qələbə çaldığı gün olaraq tarixə keçdiyini diqqətə çatdırıblar. Çıxışçılar kənd mədəniyyət müəssisələrinin rayonun ictimai-siyasi həyatında, maarifləndirmə işində mühüm rolunu xüsusilə qeyd edərək, tədbirin yüksək səviyyədə təşkilinə görə təşəkkürlərini ifadə ediblər. Qeyd edilib ki, belə tədbirlərin təşkili kəndlərdə ictimai-siyasi fəallığın artırılması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm rol oynayır.
Tədbirin bədii hissəsi kənd mədəniyyət müəssisələrinin musiqi kollektivlərinin iştirakı ilə konsert proqramı ilə davam etdirilib. Vətənpərvərlik ruhunda musiqi nömrələrindən ibarət zəngin proqram kənd sakinləri və qonaqlarda xoş ovqat yaradıb. Məktəb şagirdləri 28 May-Müstəqillik Gününə həsr olunmuş şeirləri səsləndirməklə tədbirə əlavə maraq qatıblar.
Keçidlər