Qusarın növbəti Əlaçısı – Hüseynova Gözəl Araz qızı
22 iyun 2026 | 12:28
Hil kəndi Kərim Kərimov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin 9-cu sinif şagirdi Hüseynova Gözəl Araz qızı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə İctimai Televiziyada yayımlanan “Əlaçı” intellektual televiziya müsabiqəsinin qalibi olmuşdur. Gözəl müsabiqənin bütün mərhələlərini uğurla keçərək rayonumuzu yüksək səviyyədə təmsil etmiş, bilik və bacarıqları ilə seçilərək “Əlaçı” diplomuna layiq görülmüşdür. Qusar Rayon İcra Hakimiyyəti adından istedadlı gəncimizi, onun valideynlərini və müəllimlərini səmimi-qəlbdən təbrik edir, Gözələ gələcək təhsil həyatında yeni-yeni uğurlar, yüksək nailiyyətlər arzulayırıq.






