Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusarın “Zeyxur” komandasından parlaq qələbə

06 may 2025 | 18:58
Azərbaycan Sərhəd Mühafizəsinin 106-cı ildönümü ərəfəsində Dövlət Sərhəd Xidməti, Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən “Sərhəd” hərbi-idman oyununun final mərhələsi baş tutmuşdur. Bu münasibətlə keçirilən tədbirdə çıxış edən natiqlər qalib komandaları təbrik edərək, belə yarışların gənclərdə Vətənə məhəbbət hissinin aşılanmasında, onların hərbi-fiziki hazırlığının inkişaf etdirilməsi, sağlam düşüncəli gənclərin yetişdirilməsi, sərhədçi peşəsinə marağın artırılmasında mühüm rol oynadığını vurğulayıblar.
Bir neçə mərhələdə keçirilmiş yarışlarda 45 rayondan 165 məktəbin 825 şagirdi iştirak edib. İlk iki mərhələnin yekunlarına görə 11 komanda mayın 5-dək final mərhələsində mübarizələrini davam etdiriblər.
Komandalar “Ləpirçilik”, “Maskalanma”, “Avtomatın sökülməsi və yığılması”, “Tüfəngdən hədəfə atəş açmaq”, “Sıra hazırlığı”, “Yaralanmış sərhəd naryadına ilkin tibbi yardımın göstərilməsi” üzrə bilik və bacarıqlarını sınaqdan keçiriblər.
Hərbi-idman oyununun keçirildiyi günlərdə məktəblilər sərhədçilərin xidməti və məişət şəraiti ilə tanış olub, onlar üçün bir sıra maraqlı ekskursiyalar, mədəni-kütləvi tədbirlər keçirilib.
Final mərhələsinin yekunlarına görə Cəlilabad rayonunu təmsil edən komanda I, Qusar rayonunu təmsil edən “Zeyxur” komandası II, Mingəçevir rayonunu təmsil edən komanda III yerdə qərarlaşıblar.
Qaliblərə kubok, medal, diplom və qiymətli mükafatlar təqdim edilib
Keçidlər