Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusarlı gənc Prezident mükafatına layiq görülüb

02 fevral 2026 | 10:57
Prezident İlham Əliyevin 30 yanvar 2026-cı ildə imzaladığı “2026-cı il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında” Sərəncamına əsasən, elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən 10 nəfər gənc Prezident mükafatına layiq görülüb. Mükafata layiq görülən gənclərdən biri də qusarlı Ağadadaşov Sərxan Əbülfət oğludur.
Sərxan Ağadadaşov 1999-cu il avqustun 4-də Qusar şəhərində anadan olub. Orta təhsilini Qusar şəhəri 1 saylı tam orta məktəbində alıb. 2016-cı ildə Azərbaycan Aviasiya Akademiyasının Hava Hərəkətinin İdarə Olunması mühəndisliyi ixtisasına qəbul olunub. 2020-ci ildə bakalavr, daha sonra isə magistratura pilləsini eyni ixtisas üzrə başa vurub. Hazırda Aviasiya Akademiyasının doktorantura pilləsində təhsil alan gənc, eyni zamanda Akademiyanın Pilotsuz Uçuş Aparatları (PUA) laboratoriyasında qrup rəhbəri və müəllim kimi fəaliyyət göstərir.
2020-ci ildən, xüsusilə Vətən müharibəsi dövründən başlayaraq PUA-ların istehsalı və təmiri sahəsində çalışan Sərxan Ağadadaşov hazırda “Sinam” şirkətində aparıcı mühəndis kimi fəaliyyətini davam etdirir.
Qeyd edək ki, bu gəncin cənab Prezident tərəfindən təqdim edilən sayca ikinci mükafatıdır. Sərxan Ağadadaşov ilk dəfə 2022-ci ildə “Teknofest” yarışmasında birinci yer tutduğu üçün mükafata layiq görülmüşdür.
Qusar Rayon İcra Hakimiyyəti Başçısı Aparatının adından istedadlı gəncimizi qazandığı nailiyyətlərinə görə təbrik edir, gələcək fəaliyyətində yeni-yeni uğurlar arzu edirik.
Keçidlər