Qusarlı idmançılar LFC turnirində parlaq qələbəyə imza atıblar
1-2 avqust tarixlərində Bakı şəhərində uşaqlar, yeniyetmələr, gənclər və böyüklər arasında MMA və qrapplinq idman növləri üzrə III Legion Döyüş Çempionatı – LFC turniri keçirilmişdir. Yarışda Qusar Olimpiya İdman Kompleksinin komandası da uğurla çıxış etmişdir. Kompleksin müəllimlərinin rəhbərliyi altında hazırlıq keçən 10 idmançımız müxtəlif çəki dərəcələrində mübarizə apararaq yüksək nəticələr əldə etmişlər. Çempionatın yekunlarına əsasən Qusar idmançılarından 6 nəfəri qızıl medal qazanaraq birinci yerin sahibi olmuşdur. Qusar Olimpiya İdman Kompleksinin komandası ümumi komanda hesabında II yerə layiq görülmüşdür.
İdmançılarımızı qazandıqları uğurlu nəticələr münasibətilə təbrik edir, gələcək yarışlarda onlara yeni qələbələr arzulayırıq.






