Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusarlı idmançılar yerli və beynəlxalq arenalarda ölkəmizi layiqincə təmsil edirlər

04 noyabr 2025 | 10:33
1 noyabr 2025-ci il tarixində Qusar Olimpiya İdman Kompleksində Qusar Rayon İcra Hakimiyyətinin dəstəyi, Quba-Xaçmaz Regional Gənclər və İdman idarəsinin Qusar rayonu üzrə gənclər və idman sektorunun və Qusar Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş kikboksinq üzrə Qusar rayon birinciliyi keçirilmişdir. Yarışın qalibləri Quba-Xaçmaz Regional Gənclər və İdman idarəsi tərəfindən diplomlarla təltif olunmuşdur.
Qusar idmançıları eyni zamanda respublika səviyyəsində də uğurlu nəticələr göstərmişlər. 26 oktyabr – 1 noyabr tarixlərində Bakı şəhərində keçirilən Qol güləşi üzrə Dünya çempionatında çıxış edən qusarlı idmançılar müxtəlif yaş və çəki dərəcələri üzrə yarışlarda yüksək nəticələr qazanaraq ölkəmizi layiqincə təmsil etmişlər.
Sevindirici haldır ki, qusarlı idmançılar təkcə yerli deyil, beynəlxalq arenalarda da uğurla çıxış edərək ölkəmizi layiqincə təmsil edirlər. Onlara gələcək yarışlarda daha böyük nailiyyətlər və yeni qələbələr arzulayırıq.
Keçidlər