Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusarlı məktəblilər respublika və beynəlxalq səviyyəli yarışlarda yeni uğurlara imza atıblar

22 aprel 2026 | 17:11
Qusar rayonunda gənc nəslin təhsil, idman və digər sahələrdə əldə etdikləri nailiyyətlərin sayı gündən-günə artır. Rayon məktəbliləri respublika və beynəlxalq səviyyəli bilik yarışlarında, fənn olimpiadaları və idman turnirlərində qazandıqları yüksək nəticələrlə rayon ictimaiyyətini sevindirirlər.
Belə ki, Qusar şəhər 4 nömrəli tam orta məktəbin 5-ci sinif şagirdi Aytac Mahmudova “Kings” olimpiadasının final mərhələsində bütün rəqiblərini qabaqlayaraq I yerə layiq görülüb və qızıl medalla təltif olunub. Eyni zamanda, “Kings” beynəlxalq riyaziyyat olimpiadasında Kərim Kərimov adına Hil kənd tam orta məktəbinin 5-ci sinif şagirdləri Əlibəyova Elona və Amir Kazımov yüksək bilik və məntiqi təfəkkür nümayiş etdirərək qızıl medal qazanıblar.
Qusarlı məktəblilərin uğurları təkcə təhsil sahəsi ilə məhdudlaşmır. Qusar şəhər 4 nömrəli tam orta məktəbin şagirdi Rəhimov Renat Səbuhi oğlu Bakı şəhərində təşkil olunmuş klublararası kikboksinq turnirində I yeri tutub.
Qusar Rayonu İcra Hakimiyyəti Başçısı Aparatının adından uğurlu nəticələr göstərən şagirdlərimizi, onların valideynlərini və müəllimlərini təbrik edir, onlara gələcək təhsil həyatlarında və fəaliyyətlərində yeni-yeni nailiyyətlər arzulayırıq.
Keçidlər