Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusarlı məzun Prezident təqaüdünə layiq görülüb

13 oktyabr 2026 | 19:08
Prezident İlham Əliyevin "2026–2027-ci tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında" Sərəncamına əsasən, Qusar rayonunun Yuxarı Zeyxur kənd tam orta ümumtəhsil məktəbinin məzunu Emiliya Vitalik qızı Qayıbova Prezident təqaüdünə layiq görülən 102 tələbə sırasında yer alıb.
Hazırda Bakı Ali Neft Məktəbində Data analitikası ixtisası üzrə təhsil alan Emiliya Qayıbova cari ilin ali məktəblərə qəbul imtahanlarında 689,4 bal toplayaraq region üzrə ən yüksək nəticəyə imza atmışdır.
Qusarlı məzunu bu əlamətdar uğuru münasibətilə təbrik edir və təhsil həyatında uğurlar arzu edirik.
Keçidlər