Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusarlı məzun region üzrə ən yüksək nəticəni göstərib

30 iyul 2026 | 17:34
 
Qusar rayonunun Yuxarı Zeyxur kənd tam orta ümumtəhsil məktəbinin məzunu Qayıbova Emiliya Vitalik qızı ali məktəblərə qəbul imtahanlarının nəticələrinə əsasən region üzrə ən yüksək nəticə göstərib. Belə ki, 15 mart 2026-cı il tarixində keçirilmiş buraxılış imtahanında Emiliya Qayıbova maksimum bal - 300 bal toplayıb. Ali məktəblərə qəbul imtahanının ikinci mərhələsində mümkün 400 baldan 388,6 bal toplayaraq 688,6 bal ilə region məzunları arasında ən yüksək nəticəni göstərib.
Emiliya Qayıbova Respublika Fənn Olimpiadasında da fərqlənib. O, olimpiadanın rayon (şəhər) mərhələsində 95 bal, yarımfinal mərhələsində 100 bal toplayaraq final mərhələsinə vəsiqə qazanıb. Final mərhələsinin nəticələrinə əsasən Respublika üzrə ikinci yerə layiq görülərək gümüş medalla təltif edilib. Qeyd edək ki, Emiliya Qayıbova “Fermat” Beynəlxalq Riyaziyyat Olimpiadasının milli mərhələsinin qalibidir. O, həmçinin ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında da 297 bal yığaraq yüksək nəticə göstərmişdir.
İstedadlı məzunumuzu qazandığı uğurlu nəticə münasibətilə təbrik edir, ona gələcək təhsil həyatında uğurlar arzu edirik.
Keçidlər