Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusarlı məzun tam orta təhsil pilləsini qızıl medalla başa vurub

04 sentyabr 2026 | 18:37
 
2025–2026-cı tədris ili Qusar rayonu üçün təhsil sahəsində uğurlu nəticələrlə yadda qalıb. Yuxarı Zeyxur kənd tam orta ümumtəhsil məktəbinin məzunu Qayıbova Emiliya Vitalik qızı tam orta təhsil pilləsini yüksək nailiyyətlərlə başa vuraraq qızıl medala (nişan) layiq görülüb. Medal ona Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev tərəfindən təqdim olunub.
Qeyd edək ki, Emiliya Qayıbova buraxılış imtahanında maksimum bal yığaraq qəbul imtahanının nəticələrinə əsasən 689 balla Bakı Ali Neft Məktəbinin Data analitikası ixtisasına qəbul olunub.
Məzunumuzu təbrik edir, gələcək təhsil həyatında uğurlar arzulayırıq!
Keçidlər