Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusarlı müəllif yaradıcılıq müsabiqəsinin qalibi olmuşdur

07 noyabr 2025 | 18:25
Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfər mənim qələmimdə” mövzusunda məqalə müsabiqəsi keçirilmişdir. Müsabiqənin məqsədi Azərbaycanın tarixi Zəfərinin əhəmiyyətini, Azərbaycan xalqının milli birlik və həmrəyliyini, eləcə də Qarabağa qayıdış ideyasını bədii-publisistik baxımdan əks etdirən ən uğurlu müəllifləri müəyyənləşdirmək olmuşdur.
Müsabiqəyə “Zəfər tariximiz”, “Birlik və həmrəylik”, “Qarabağa qayıdış” mövzuları üzrə ümumilikdə 201 məqalə təqdim edilmiş, yazılar yaradıcılıq və orijinallıq, mövzuya uyğunluq, bədii keyfiyyət və təsirlilik meyarları üzrə qiymətləndirilmişdir.
Təqdim edilən çoxsaylı məqalələr arasında yalnız 17 müəllifin yazısı fərqlənmişdir. Qalib müəlliflər sırasında Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının sədr müavini Neva Abdurahmanova da yer almışdır. Onun müəllifi olduğu, “Birlik və həmrəylik” mövzusunda məqalə birinci yerə layiq görülmüşdür. Müəllif Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən mükafatlandırılmışdır.
Qusar Rayon İcra Hakimiyyəti Başçısı Aparatı adından Neva Abdurahmanovanı müsabiqədə qazandığı birincilik münasibətilə təbrik edir, ona gələcək fəaliyyətində uğurlar arzu edirik.
Keçidlər