Qusarlı şagird “Əlaçı” bilik yarışmasının qalibi olub
09 may 2026 | 17:37
Qusar şəhər Bəhruz Ağaverdiyev adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin 10-cu sinif şagirdi Tural Araz oğlu Sultanov Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən “Əlaçı” televiziya layihəsinin qalibi adını qazanıb. Yarışma İctimai Televiziyanın efirində yayımlanır və ölkənin ən güclü şagirdlərini bir araya gətirir.
Tural Sultanov həmçinin 2025-ci ildə ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında 271 bal toplayaraq rayon üzrə ən yüksək göstəricilərdən birinə imza atmışdır.
Gənc istedadın uğurları bununla bitmir. Tural Sultanov 9-cu sinif şagirdləri arasında keçirilən “BilBacar” müsabiqəsində II yerə layiq görülmüşdür.
Şagirdimizi təbrik edir, gələcək təhsil həyatında uğurlar arzu edirik.






