Qusarlı şagird “Əlaçı” televiziya müsabiqəsinin qalibi olub
31 may 2026 | 20:36
Qusar şəhəri Elxan Güləliyev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin 9-cu sinif şagirdi İsabalayeva Samirə Tehran qızı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə İctimai Televiziyada yayımlanan “Əlaçı” intellektual televiziya müsabiqəsinin qalibi adını qazanıb.
Gənc istedad müsabiqənin bütün mərhələlərini uğurla adlayaraq rayonumuzu layiqincə təmsil edib.
Samirə İsabalayeva təhsil sahəsində digər nailiyyətləri ilə də seçilir. O, 2025-ci ildə ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında 289 bal toplayaraq yüksək nəticə göstərmişdir. Eyni zamanda, müxtəlif intellektual yarışmaların fəal iştirakçısı olmuşdur.
Qusar Rayon İcra Hakimiyyəti adından savadlı gəncimizi, onun valideynlərini və müəllimlərini təbrik edir, ona gələcək təhsil həyatında yeni-yeni uğurlar arzu edirik.






