Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusarlı şagirdlər beynəlxalq uğura imza atıblar

06 noyabr 2025 | 18:19
 
Son illər Qusar rayonunun təhsil sahəsində əldə etdiyi uğurlar sırasında məktəblilərin beynəlxalq və respublika miqyaslı yarışlarda qazandıqları nailiyyətlər xüsusi yer tutur. Qusarlı şagirdlər istedadları, bilik və bacarıqları ilə seçilərək həm rayonun, həm də ölkəmizin adını layiqincə təmsil edirlər.
Belə ki, 26 oktyabr 2025-ci ildə Bakı Biznes Universitetində keçirilmiş “USA Beynəlxalq İngilis Dili Olimpiadası”nda Qusar şəhər Elxan Güləliyev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbin şagirdləri, Nigar Nuraliyeva, Sahil Şadiyev və Ayşa Mustafayeva qızıl medal, Ramazan Mamedov, Gülüstan Məcidova və Elvira Seyidova gümüş medal, o cümlədən rayonun Yasab kənd tam orta məktəbinin şagirdi Elşad Ağayev gümüş medal qazanaraq, ölkəmizi beynəlxalq arenada uğurla təmsil etmişlər.
Bu nəticə ilə gənclər 2026-cı ilin 5-9 fevral tarixlərində ABŞ-nın Mayami şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanıblar.
Gənc istedad Elşad Ağayev bu ilin aprel ayında keçirilmiş “HIPPO Beynəlxalq İngilis Dili Yarışması”nın da final mərhələsində ən yaxşı 20 iştirakçı arasında 6-cı yerə layiq görülüb. Məktəbli bu uğuruna görə Bakı Avropa Məktəbində medal və sertifikat ilə təltif edilib.
Qeyd edək ki, “HIPPO Beynəlxalq İngilis Dili Olimpiadası” dünyanın müxtəlif ölkələrindən olan 6-19 yaşlı şagirdləri bir araya gətirən, ingilis dilində ünsiyyət bacarıqlarını inkişaf etdirməyə yönəlmiş nüfuzlu yarışmadır. Yarışmanın əsas məqsədi şagirdlərin dil biliklərini beynəlxalq səviyyədə nümayiş etdirməsinə, həmçinin onların mədəni ünsiyyət bacarıqlarının artırılmasına şərait yaratmaqdır.
İstedadlı şagirdlərimizi təbrik edir, onlara gələcək yarışmalarda və təhsil həyatlarında uğurlar arzu edirik.
Keçidlər