Qusarlı veteran cüdoçu Fərhad Rəcəbli 12-ci dəfə Avropa çempionu adını qazanıb
23 oktyabr 2026 | 18:06
Portuqaliyanın Portiman şəhərində veteranlar arasında cüdo üzrə Avropa çempionatına start verilib.
Çempionatda 90 kq çəki dərəcəsində yarışan Azərbaycan idmançısı Fərhad Rəcəbli M8 yaş kateqoriyasında bütün rəqiblərinə qalib gələrək qitə birinciliyinin qızıl medalını qazanıb.
12 qat dünya çempionu olan Fərhad Rəcəbli 12-ci dəfə Avropa çempionu tituluna yiyələnib.
Veteranlar arasında cüdo üzrə Avropa çempionatı oktyabrın 25-dək davam edəcək. Azərbaycanı qitə birinciliyində 15 idmançı təmsil edir.






