Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Rayon ərazisində müşahidə olunmuş intensiv yağıntılardan sonra yerlərdə cari vəziyyət müzakirə edilib

25 may 2026 | 20:00
 
Son günlər rayon ərazisində müşahidə olunan intensiv yağıntılar bəzi yaşayış məntəqələrində müəyyən fəsadlara səbəb olub. Hava şəraitinin qeyri-sabitliyi nəzərə alınaraq Rayon İcra Hakimiyyəti və digər aidiyyəti qurumlar tərəfindən qabaqlayıcı tədbirlər, baş vermiş fəsadların aradan qaldırılması üçün müvafiq işlər görülüb və davam etdirilir.
Mayın 25-də Qusar Rayon İcra Hakimiyyətində rayon icra hakimiyyətinin başçısının, RİH Başçısı Aparatının məsul əməkdaşlarının, rayonun yol infrastrukturu, qaz və elektrik təchizatı, su təsərrüfatı sahələri üzrə rəhbər şəxslərin, habelə inzibati ərazi dairələri üzrə icra nümayəndələrinin iştirakı ilə keçirilən iclasda intensiv yağışlardan sonra rayonun yaşayış məntəqələrində cari vəziyyət, fəsadların aradan qaldırılması istiqamətində görülmüş işlər, mövcud problemlər, kənd yollarının vəziyyəti, əhalinin ərzaq və kommunal xidmətlərlə təminatı məsələləri müzakirə olunub.
İnzibati ərazi dairələri üzrə icra nümayəndələri yerlərdə mövcud vəziyyət, görülən işlər və qalmaqda olan problemlərlə bağlı ətraflı məlumat veriblər.
İclasın yekununda rayon icra hakimiyyətinin başçısı əhalinin fasiləsiz olaraq qaz, su və elektrik enerjisi ilə təmin olunması, qarşıdan gələn bayram günlərində kommunal xidmətlərdə fasilələrin yaranmaması ilə bağlı aidiyyəti qurumlara konkret tapşırıqlar verib. Bildirilib ki, rayon ərazisində vəziyyət daim nəzarətdə saxlanılır və hər hansı təxirəsalınmaz hallarla bağlı operativ tədbirlər görülür.
Keçidlər