Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Rayon ərazisində yağıntılı hava şəraitinin fəsadlarının aradan qaldırılması və mövcud vəziyyətin qiymətləndirilməsi istiqamətində müzakirələr aparılmışdır

21 aprel 2026 | 11:22
Son günlər rayon ərazisində müşahidə olunmuş qeyri-sabit hava şəraitinin yaratdığı fəsadların aradan qaldırılması istiqamətində aidiyyəti qurumlar tərəfindən zəruri və təxirəsalınmaz tədbirlər həyata keçirilmişdir. Hazırda qalmaqda olan fəsadlar da diqqətdə saxlanılaraq onların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
Aprelin 20-də Qusar Rayon İcra Hakimiyyətində rayon icra hakimiyyətinin başçısı Sahir Məmmədxanovun, RİH Başçısı Aparatının məsul şəxslərinin, rayonun qaz, su, elektrik enerjisi təchizatı və yol infrastrukturu sahələrinə cavabdeh şəxslərin, digər aidiyyəti idarə, müəssisə rəhbərlərinin iştirakı ilə rayon ərazisində 27, 28, 29 mart və 4 və 5 aprel tarixlərində müşahidə olunmuş yağıntılı hava şəraiti ilə bağlı mövcud vəziyyət müzakirə olunmuşdur.
Müzakirələr çərçivəsində qeyri-sabit hava şəraiti nəticəsində baş vermiş fəsadların aradan qaldırılması istiqamətində davam etdirilən tədbirlər təhlil edilmiş, zəruri bərpa işlərinin sürətləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilmişdir. Həmçinin, gələcəkdə analoji halların mümkün təsirlərinin minimuma endirilməsi məqsədilə qabaqlayıcı tədbirlərin gücləndirilməsi, aidiyyəti qurumlar arasında qarşılıqlı fəaliyyətin daha səmərəli təşkili məsələləri ətrafında fikir mübadiləsi aparılmışdır.
Keçidlər