Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Rayon icra hakimiyyəti başçısı yanında növbəti Şura iclası keçirildi

01 fevral 2025 | 13:31

1 Fevral 2025-ci il tarixdə Qusar Rayon İcra Hakimiyyəti Başçısı Aparatında “Qusar  rayon əhalisinin sosial müdafiəsinin təminatı, məşğulluğu, Azərbaycan Respublikası Prezidentinin 09 oktyabr 2017-ci il tarixli 3287 nömrəli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında  qeyri-formal məşğulluğun qarşısının alınmasına dair “Tədbirlər Planı”nın 3.4-cü bəndinin icrası ilə əlaqədar rayonda həyata  keçirilmiş tədbirlər və qarşıda duran vəzifələr” və “Rayonda cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi istiqamətində aparılan işin vəziyyəti” mövzularında Şura iclası keçirildi. Şura üzvləri, İnzibati Ərazi Dairəsi üzrə nümayəndələr, idarə, müəssisə, təşkilat rəhbərlərinin iştirakı ilə baş tutan iclasda icra başçısı Sahir Məmmədxanov Şuranın iclasını açıq elan edərək müzakirə olunacaq məsələlərlə bağlı məlumat verdi. Daha sonra Qusar Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini İkram Tumarxanov və Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Hüquq şöbəsinin müdiri Əliyulla Nəcərov qeyd olunan mövzular ətrafında geniş arayış ilə çıxış etdilər. Məruzə və gündəlikdə duran məsələlər ətrafında müzakirələr aparılaraq müvafiq qərar qəbul edildi.                      

Keçidlər