Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Rayon icra hakimiyyətinin başçısı bir sıra kəndlərdə mövcud vəziyyətlə yerində tanış olmuşdur-11.04.2026

11 aprel 2026 | 21:57
Rayon ərazisində son günlər müşahidə olunmuş intensiv yağıntılardan sonra mövcud vəziyyətin yerində öyrənilməsi, fəsadların aradan qaldırılması istiqamətində görülmüş işlərlə, həmçinin yerlərdə aparılan abadlıq-quruculuq işləri və infrastruktur layihələrinin icra vəziyyəti ilə tanışlıq məqsədilə aprelin 11-də Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov və RİH başçısı Aparatının bir qrup məsul şəxsi rayonun Yuxarı Tahircal, Zuxul və Hil kəndlərində olmuşdur.
Əvvəlcə Yuxarı Tahircal kəndində güclü yağışların fəsadlarının aradan qaldırılması istiqamətində həyata keçirilən bərpa işlərinin gedişatı ilə tanışlıq baş tutmuşdur.
Daha sonra Zuxul kəndinin ərazisində sel sularının təsiri nəticəsində zərər görmüş su kanalına baxış keçirilmiş, gələcəkdə oxşar halların qarşısının alınması məqsədilə görüləcək tədbirlər müzakirə olunmuşdur. Eyni zamanda, dağlıq kəndlərdə yerləşən sərhəd zastavalarında xidmət edən hərbi qulluqçularla görüş baş tutmuş, zastavaların ərazisinə gedən yollara baxış keçirilmişdir. İcra başçısı sərhədçilərin xidmət şəraiti ilə yaxından tanış olmuş, səmimi söhbət edərək, gündəlik fəaliyyətləri ilə maraqlanmış və onlara çətin və şərəfli xidmətlərində uğurlar arzulamışdır.
Daha sonra rayon icra hakimiyyətinin başçısı və Aparatın məsul şəxsləri Hil kəndində olmuşdur. Burada kənddə aparılması nəzərdə tutulan elektrik təchizatının yenilənməsi işləri ilə bağlı podratçı təşkilat tərəfindən ətraflı məlumat verilmişdir. Qeyd olunmuşdur ki, elektrik təchizatının yenilənməsi layihəsi kəndin elektrik enerjisi ilə təminatının daha dayanıqlı və keyfiyyətli şəkildə təşkilinə xidmət edəcəkdir.
Keçidlər