Rayon icra hakimiyyətinin başçısı Quxuroba kəndində sakinlərlə görüşüb
08 aprel 2026 | 18:38
Aprelin 8-də Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov rayonun Quxuroba kəndində kənd sakinləri və kənd təsərrüfatı ilə məşğul olan sahibkarlarla görüşmüşdür. Görüş zamanı son günlər müşahidə olunan intensiv və aramsız yağıntılar nəticəsində kənd ərazisində yaranmış mövcud vəziyyət, o cümlədən infrastruktura və kənd təsərrüfatına dəymiş ziyan və mövcud fəsadların aradan qaldırılması istiqamətində görülməsi zəruri olan tədbirlərlə bağlı fikir mübadiləsi aparılmış, ərazidə işləyən texnikaların işinə baxış keçirilmişdir.
Sakinlər tərəfindən səsləndirilən müraciət və təklifləri diqqətlə dinləyən rayon rəhbəri, xüsusilə kənd təsərrüfatı sahəsində yaranmış çətinliklərin aradan qaldırılması, zərərin minimuma endirilməsi və gələcəkdə oxşar halların qarşısının alınması istiqamətində kompleks tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğulamışdır. Həmçinin qeyd edilmişdir ki, baş vermiş fəsadların aradan qaldırılması istiqamətində tədbirlər davam etdiriləcək və bu barədə ictimaiyyətin mütəmadi və dolğun şəkildə məlumatlandırılması təmin ediləcəkdir.






