Rayon İcra Hakimiyyətinin başçısı şəhid atasının dəfn mərasimində iştirak edib
12 mart 2026 | 18:40
Martın 12-də Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, RİH Başçısı Aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının sədri David İbramxəlilov, eləcə də rayon ictimaiyyətinin nümayəndələri Urva kəndində Vətən müharibəsi şəhidi Mayıl Kürəbəyovun atası Kürəbəyov Kamran Mayıl oğlunun dəfn mərasimində iştirak ediblər.
Mərasimdə iştirak edənlər mərhumun ailə üzvləri və yaxınları ilə görüşərək onlara dərin hüznlə başsağlığı verib, səbir arzulayıblar. Qeyd olunub ki, torpaqlarımızın azadlığı uğrunda gedən Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmış igidlərimizin xatirəsi xalqımız tərəfindən daim böyük ehtiramla yad olunur. Onların ailə üzvləri isə cəmiyyətimizdə xüsusi hörmət və ehtiram sahibi kimi qəbul edilir.






