Rayon İcra Hakimiyyətinin başçısı Yeni Yaşayış massivinin sakinləri ilə görüşmüşdür.
Rayon İcra Hakimiyyətinin başçısı Qusar şəhərinin “çayın sol sahili” yaşayış massivinin sakinləri ilə görüşüb, onları narahat edən problemləri və onların aradan qaldırılması üçün irəli sürülən təklifləri dinləmişdir. Sakinlər yaşayış massivində mərkəzi küçə olan Şarvili küçəsinin asfaltlaşdırılması, səkilərin tikilməsi, yeni işıqlandırma sisteminin qurulması, yaşayış massivindən çıxan yolun, “Şahdağ” yoluna birləşən hissədə işıqforun quraşdırılması və digər məsələlər barəsində müraciətlər etmiş və bəzi məsələlərin həlli ilə bağlı öz təkliflərini də birldirmişdir.
Sakinlərin qaldırdığı məsələləri dinlədikdən sonra rayon İcra Hakimiyyətinin başçsı cənab Şair Alxasov ən vacib bir-çox problemin həlli ilə bağlı cari ildə tədbirlər görüləcəyini, küçənin əsaslı təmir edilərək asfaltlaşdırılması, səkinin tikilməsi və işıqlandırma sistemlərinin quraşdırılması işlərinə yaxın vaxtlarda başlayacağını və digər məsələlərin də nəzarətə götürüləciyini bildirdi.
Sakinlər görüşdən mənmun qaldıqlarını bildirərək respublikamızda və rayonda əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması üçün görülən abadlıq-quruculuq işlərinə görə ölkə başçısına minnətdarlıq etmişdir.