Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Rayon icra hakimiyyətinin başçısı Zindanmuruq kəndində şəhid ailəsini ziyarət edib

13 mart 2026 | 18:14
Martın 13-də Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, RİH Başçısı Aparatının məsul şəxsləri və Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının sədri David İbramxəlilov rayonun Zindanmuruq kəndində şəhid ailəsini ziyarət ediblər.
Görüş zamanı şəhid Xeyirbala Eyvazovun həyat yoldaşı Səhərnaz Eyvazova və ailə üzvləri ilə səmimi söhbət aparılıb, şəhid ailəsinin qayğı və problemləri ilə maraqlanılıb.
Şəhid Xeyirbala Qeysəddin oğlu Eyvazov 1988-ci ildə Ermənistanda baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılmasına yardım məqsədilə göndərilən İL‑76 təyyarəsinin qəzaya uğraması nəticəsində şəhid olmuşdur. Şəhidin nəvəsi Ruslan Mövlan oğlu Cəfərov da Vətən uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır.
Görüş zamanı Rayon İcra Hakimiyyətinin başçısı şəhidlərimizin əziz xatirəsinin hər zaman böyük ehtiramla yad olunduğunu bildirib. Vurğulanıb ki, dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə şəhid ailələri, qazilər və müharibə iştirakçıları hərtərəfli dövlət qayğısı ilə əhatə olunub, onların sosial rifahının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Rayon icra hakimiyyətinin başçısı həmçinin Zindanmuruq kənd tam orta məktəbində olub. Məktəbin direktoru təhsil müəssisəsində yaradılmış şərait, tədris prosesinin təşkili və məktəbin ümumi fəaliyyəti barədə ətraflı məlumat verib. İcra başçısı təhsil müəssisəsində tədrisin keyfiyyəti, şagirdlərin dərsə davamiyyəti, qəbul göstəriciləri, həmçinin maddi-texniki təminatı, istilik sisteminin vəziyyəti ilə maraqlanıb.
İcra başçısı təhsil müəssisəsinin kollektivinə tədris prosesində uğurlar arzulayıb, şagirdlərin bilik və bacarıqlarının artırılması, onların vətənpərvərlik ruhunda tərbiyə olunması və keyfiyyətli təhsilin təmin edilməsinin vacibliyini qeyd edib.
Keçidlər