Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Rayonda “Dayanıqlı fermer fəaliyyəti üçün aqrar sığorta” mövzusunda tədbir keçirilmişdir

27 noyabr 2023 | 17:20

Qusar rayon İcra Hakimiyyətinin və Aqrar Sığorta Fondunun  birgə təşkilatçılığı ilə 27 noyabr tarixində rayon icra hakimiyyətində aqrar sığorta ilə bağlı maarifləndirmə tədbiri keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyətinin və Aqrar Sığorta Fondunun, Qusar Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşları, İnzibati Ərazi Dairələri üzrə nümayəndələri, bələdiyyələr və aqrar sahədə fəaliyyət göstərən sahibkarlar iştirak etmişdir.

Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ş.Fərəməzov, Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədrinin müavini R.Əmircanov və digərləri çıxış edərək aqrar sahədə mövcud vəziyyət, kənd təsərrüfatı məhsullarının risklərdən, o cümlədən təbii fəlakətlərdən, yanğınlardan, bitki xəstəliklərindən və digər hallardan müdafiəsi və fermerlərə dəyən zərərlərin qarşılanması məqsədilə aqrar sığorta xidmətlərindən istifadə olunmasının vacibliyi barədə geniş  məlumat vermişdir.

Tədbirin sonunda fermerləri maraqlandıran suallar cavablandırılıb və onlara məlumat xarakterli bukletlər paylanıb.

Keçidlər