Rayonda ekoloji tarazlığın qorunması və yaşıllıqların mühafizəsi mövzusunda maarifləndirici tədbir keçirilib
21 may 2026 | 19:06
Qusar rayonunda ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın qorunması, yaşıllıq sahələrinin genişləndirilməsi və mövcud yaşıllıqların mühafizəsi diqqət mərkəzində saxlanılır. Rayon ərazisində ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə mütəmadi olaraq genişmiqyaslı təmizlik və ağacəkmə aksiyaları, abadlıq işləri həyata keçirilir, əhali arasında ekoloji maarifləndirmə tədbirləri, təbliğat və təşviqat işləri aparılır.
Mayın 20-də Qusar rayonunda Rayon İcra Hakimiyyəti Başçısı Aparatının, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının, İnzibati Ərazi Dairəsi üzrə nümayəndələrin və bələdiyyə sədrlərinin iştirakı ilə rayonda yaşıllıqların mühafizəsi mövzusunda tədbir keçirilib.
Tədbirdə rayon ərazisində mövcud yaşıllıq sahələrinin qorunması, ərazilərin təmiz saxlanılması və ekoloji tarazlığın qorunması sahəsində görülmüş işlər, eyni zamanda pay torpaq və örüş sahələrinin kol-kosdan təmizlənməsi məsələləri müzakirə edilib. Qeyd edilib ki, yaşıllıqların qorunması yalnız aidiyyəti qurumların deyil, bütövlükdə cəmiyyətin ümumi məsuliyyəti olmaqla hər bir vətəndaşdan təbiətə həssas və qayğıkeş münasibət tələb edir.






