Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Rayonda payız-qış mövsümünə hazırlıq işləri ilə bağlı şura iclası keçirilib

16 oktyabr 2025 | 11:25
Oktyabrın 15-də baş tutmuş iclasda şura üzvləri ilə yanaşı idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri, həmçinin onlayn şəkildə inzibati ərazi dairələri üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirak etmişlər.
Şura iclasını Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov açaraq iştirakçıları gündəlikdə duran məsələ ilə tanış edib, bildirib ki, gündəlikdə bir məsələ durur: “Rayonda 2025-2026-cı illərin payız-qış mövsümünə hazırlıqla bağlı görülmüş işlər və qarşıda duran həlli vacib məsələlər".
Qusar Rayon İcra Hakimiyyəti başçısının I müavini Şahid Fərəməzov məruzəsində rayonda təhsil, səhiyyə, mədəniyyət və digər sahələrində qarşıdan gələn payız-qış mövsümü ilə əlaqədar görülmüş hazırlıq işləri, mövcud problemlər barədə ətraflı məlumat verib. Xüsusilə qeyd edilib ki, 2025-2026-cı illərin payız-qış mövsümünə hazırlıqla bağlı rayonun əlaqədar müəssisə və təşkilatlarının əsas vəzifələrindən biri çoxmənzilli binaların, məktəblərin, uşaq bağçalarının, xəstəxanaların və digər sosial obyektlərin istilik sistemlərinin saz vəziyyətdə saxlanılması, əhalinin müntəzəm elektrik enerjisi, təbii qaz, içməli su və yanacaq odunla təmin edilməsi üçün zəruri tədbirləri görməkdən ibarətdir. Məruzədə bu və digər sahələrdə mövcud çatışmazlıqlar və nöqsanlar qeyd olunmuş, onların aradan qaldırılması yolları ilə bağlı müzakirələr aparılmışdır.
Şura iclasında rayon ərazisində həyata keçirilmiş abadlıq-quruculuq işləri ilə bağlı da məlumat verilib.
Sonda müvafiq qərar qəbul edilib. Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən mövcud problemlərin aradan qaldırılması məqsədilə əlaqədar qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Keçidlər